​Quba sakini elektrik cərəyanı vurması nəticəsində ölüb - FOTO

​Quba sakini elektrik cərəyanı vurması nəticəsində ölüb - FOTO İlkin ehtimala görə o, elektrik dirəyindən evinə elektrik enerjisi çəkmək istəyib
Hadisə
30 May , 2016 23:03
​Quba sakini elektrik cərəyanı vurması nəticəsində ölüb - FOTO

Bakı. 30 may. REPORT.AZ/ Qubada bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə bu gecə, saat 22:44 radələrində rayonun Timiryazev kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü İdrisov Kərəm Əkrəm oğlunu elektrik cərəyanı vurub. 

İlkin ehtimala görə o, elektrik dirəyindən evinə elektrik enerjisi çəkmək istəyib. Lakin ehtiyatsızlığının qurbanı olub. 

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi