Qonşusunu bıçaqlayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib

Qonşusunu bıçaqlayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
5 Avqust , 2016 12:23
Qonşusunu bıçaqlayan şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Binəqədi rayonu ərazisində 32 yaşlı Bağırov Kamran Vahid oğlu 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlunu bıçaqlayaraq qətlə yetirib. Kamran Bağırov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib.

Son xəbərlər

Orphus sistemi