Qonşusunu bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub Vüsal Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Avqust , 2016 13:19
Qonşusunu bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Rəsulov qonşusu Şakir Adnayevi bıçaqlayıb. Məhkəmə prosesində zərərçəkmiş qonşusundan şikayətçi olmadığını bildirib.

V.Rəsulov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi