Qonşusunu ​30 manata görə bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Qonşusunu ​30 manata görə bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib
Hadisə
21 Noyabr , 2015 17:01
Qonşusunu ​30 manata görə bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məlikov Salman Eldar oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, S.Məlikov qonşusu Ağatalıb Dadaşova bıçaqla xəsarət yetirib. Mübahisə 30 manat borc üstündə yaranıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

S.Məlikov bu il oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi