QMİ-nin sabiq sektor müdirinin məhkəməsi davam etdirilib

QMİ-nin sabiq sektor müdirinin məhkəməsi davam etdirilib Sənədlərin tədqiqi mərhələsinə başlanıldığı elan olunub
Hadisə
27 Sentyabr , 2016 13:09
QMİ-nin sabiq sektor müdirinin məhkəməsi davam etdirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıldığı elan olunub.

Proses oktyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi