​Bakıda şirkət binası yanıb

​Bakıda şirkət binası yanıb Hadisə Bakının Nərimanov rayonunda baş verib
Hadisə
16 Yanvar , 2015 08:35
​Bakıda şirkət binası yanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda şirkətin binasında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, gecə saatlarında vətəndaşa məxsus "Qlobus" şirkətinin ikimərtəbəli 10 otaqlı ofisinin 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları və əşyaları yanıb.

Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi