Qiyas İbrahimovun məhkəməsi təxirə salınıb

Qiyas İbrahimovun məhkəməsi təxirə salınıb Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub
Hadisə
28 Sentyabr , 2016 17:53
Qiyas İbrahimovun məhkəməsi təxirə salınıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəmə iclası təxirə salınıb.

"Report"un xəbərinə görə, buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.

Proses sentyabrın 29-na təxirə salınıb.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi