Qiyas İbrahimovun məhkəməsi başlayıb

Qiyas İbrahimovun məhkəməsi başlayıb Məhkəmənin hazırlıq iclası sentyabrın 20-də davam etdiriləcək
Hadisə
8 Sentyabr , 2016 17:24
Qiyas İbrahimovun məhkəməsi başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Q.İbrahimovun barsəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar elan olunub.

Məhkəmənin hazırlıq iclası sentyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi