Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb

Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb Cinayət işi hələn həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək
Hadisə
19 Avqust , 2016 19:04
Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb

Bakı. 19 avqust. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, cinayət işi hələn həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. 

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi