Qırmızı körpü keçid məntəqəsində avtomobil qəzası baş verib - FOTO

Qırmızı körpü keçid məntəqəsində avtomobil qəzası baş verib - FOTO Avtomobilə 1000 manata yaxın məbləğdə ziyan dəyib
Hadisə
14 May , 2016 17:12
Qırmızı körpü keçid məntəqəsində avtomobil qəzası baş verib - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Qırmızı körpü keçid məntəqəsində avtomobil qəzası baş verib.

Bu barədə "Report"a avtomobilin sahibi Yevlax rayon sakini Sübhan Abdullayev bildirib.

Hadisə ona məxsus "JEEP" markalı avtomobilin evakuatorun üzərində Gürcüstan istiqamətində aparılması zamanı qeydə alınıb. Belə ki, gömrük əməkdaşları avtomobilə baxış keçirib, lakin onlar baxış keçirdikdən sonra avtomobilin qapılarından birini bağlamağı yaddan çıxarıblar. Nəticədə avtomobilin açıq qapısı gömrükçülərin olduğu inzibati binaya dəyib və avtomobil evakuatorun üstündən düşərək əzilib. Maşın sahibinin sözlərinə görə, avtomobilə 1000 manata yaxın məbləğdə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi