Azərbaycanda qəzetlərdən birinin şöbə müdiri tutulub

Azərbaycanda qəzetlərdən birinin şöbə müdiri tutulub 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb
Hadisə
31 Mart , 2015 14:04
Azərbaycanda qəzetlərdən birinin şöbə müdiri tutulub

Bakı. 31 mart. REPORT.AZ/ Martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.

S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar.

İlkin araşdırmalarla Səbuhi Ağalarovun “Detektiv press” qəzetinin şöbə müdiri olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi