Qəzaya uğramış "Silkway" təyyarəsində sağ qalanlar Qəndəharda xəstəxanaya yerləşdirilib

Qəzaya uğramış "Silkway" təyyarəsində sağ qalanlar Qəndəharda xəstəxanaya yerləşdirilib KİV: Uçuşdan əvvəl bütün təhlükəsizlik tədbirləri görülmüş, hava şəraiti uçuş üçün əlverişli idi
Hadisə
19 May , 2016 12:06
Qəzaya uğramış Silkway təyyarəsində sağ qalanlar Qəndəharda xəstəxanaya yerləşdirilib

Bakı. 19 may. REPORT.AZ/ "Silkway" şirkətinə məxsus təyyarənin qəzaya uğramasından sonra sağ qalanlar Qəndəharda xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstan KİV-i məlumat verib.

Məlumata görə, qəza sonrası sağ qalan iki Ukrayna vətəndaşı ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, təyyarə Dvayer hərbi bazasından havaya qalxan zaman qəza baş verib. İlkin ehtimallara görə, qəzaya səbəb mühərrikdə yaranmış problem olub. Şahidlər qəzadan sonra təyyarə qalıqlarının aeroportun ərazisinə yayıldığını da bildirib. Ancaq uçuşdan əvvəl bütün təhlükəsizlik tədbirləri görülmüş, hava şəraiti uçuş üçün əlverişli idi.

Xatırladaq ki, Əfqanıstanın Gilmənd əyalətində ölkə daxilində yük daşımaları məqsədilə Azərbaycanın "Silk Way" şirkətindən icarəyə götürülən "An-12" təyyarəsində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan vətəndaşı olmaqla 9 nəfər olub. Qəza nəticəsində onlardan 7-si ölüb.

İnsidentin səbəblərinin araşdırılması məqsədilə bu gün Dvayer aeroportuna Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaratdığı komissiya baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi