Qəzaya düşən Baloğlan Əşrəfovun səhhətində ciddi problem yoxdur

Qəzaya düşən Baloğlan Əşrəfovun səhhətində ciddi problem yoxdur Əşrəfov Masallı rayonunun Xırmandalı kəndində yerləşən xəstəxanaya göndərilib
Hadisə
26 Sentyabr , 2015 15:58
Qəzaya düşən Baloğlan Əşrəfovun səhhətində ciddi problem yoxdur

Bakı. 26 sentyabr. REPORT.AZ/ Baloğlan Əşrəfovun səhhətində ciddi problem yoxdur, sadəcə sağ topuğunda əzilmə olub. Bu barədə "Report"a yol qəzasına düşən əməkdar artistin səhhəti barədə sualı cavablandıran Təcili Tibbi Yardım stansiyasından bildiriblər. Qeyd olunur ki, B.Əşrəfov Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən xəstəxanaya göndərilib.

Qeyd edək ki, bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Salyanla Biləsuvar ərazisinin sərhədində yol qəzası baş verib. "Report" xəbər verir ki, qəza nəticəsində yaralananların arasında əməkdar artist Baloğlan Əşrəfov da olub. 

Son xəbərlər

Orphus sistemi