Qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib Məhkəmənin növbəti prosesi iyunun 2-nə təyin edilib
Hadisə
20 May , 2016 13:12
Qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Bakı. 20 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirləndirilən Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti prosesi iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, ötən il fevralın 6-da Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov “Arabeska” çay evində olarkən orada olan Şahlar Məmmədov arasında mübahisə yaranıb. Bu zaman E.Musayev və A.İsmayılov bıçaqla Ş. Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Nəticədə Ş. Məmmədov ölüb.

Onu da qeyd edək ki, E Musayev və A.İsmayılov qətldə, L.Rəhimov isə xuliqanlıqda təqsirləndirilir.

Son xəbərlər

Orphus sistemi