Qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib
Hadisə
5 Avqust , 2016 13:44
Qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu bəlli olub. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi