​Qətl törətməkdə təqsirləndirilən şəxsə 19 il həbs cəzası verilib

​Qətl törətməkdə təqsirləndirilən şəxsə 19 il həbs cəzası verilib Hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
1 Mart , 2016 15:11
​Qətl törətməkdə təqsirləndirilən şəxsə 19 il həbs cəzası verilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Camal Kərimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Camalov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Camalov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi