Qətl törətməkdə təqsirləndirilən şəxs: "Qatil azadlıqdadır"

Qətl törətməkdə təqsirləndirilən şəxs: "Qatil azadlıqdadır" Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib
Hadisə
13 May , 2016 12:34
Qətl törətməkdə təqsirləndirilən şəxs: Qatil azadlıqdadır

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən şəxsin nümayəndəsi Adik Xeyirov ifadə verib.

A.Xeyirov ifadəsində təqsirləndirilən Radik Məmmədovun onun qonşusu olduğunu bildirib: "On ildir ki, onu görmürdüm. Qardaşımı içmək adı ilə aparıb lomla vurub öldürüblər".

N.Zəkərayevin atası Şakir Zəkarayev oğlunun günahsız olduğunu deyib: "Hadisədən sonra oğlum özünü asmaq istəyirdi. Onu şahid qismində polis şöbəsinə apardım. Oğlumun günahı yoxdur".

R.Məmmədov hadisəni onun törətmədiyini, qatilin azadlıqda olduğunu deyib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

Son xəbərlər

Orphus sistemi