Qətl törətməkdə təqsirləndirilən idmançı qıza hökm oxunub

Qətl törətməkdə təqsirləndirilən idmançı qıza hökm oxunub O, 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
14 Aprel , 2016 11:40
Qətl törətməkdə təqsirləndirilən idmançı qıza hökm oxunub

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Ramazanovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub.

Məhkəmənin hökmü ilə S.Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 2015-ci ilin oktyabr ayının 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü S.Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra 20 yaşlı qız dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə bıçaqladığına və əməlinə görə peşman olmadığını bildirib. S.Ramazanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi