​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub

​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub O, 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
9 Fevral , 2016 15:09
​Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Amil Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamila Nəsrullayeva sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Bayramov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi