Qəbələdən Bakıya gedən sərnişin avtobusu qəzaya düşüb : 2 ölü, 3 yaralı - VİDEO

Qəbələdən Bakıya gedən sərnişin avtobusu qəzaya düşüb : 2 ölü, 3 yaralı - VİDEO Mikroavtobus evakuatorla toqquşub
Hadisə
30 Avqust , 2016 16:41
Qəbələdən Bakıya gedən sərnişin avtobusu qəzaya düşüb : 2 ölü, 3 yaralı - VİDEO

İsmayıllı. 30 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda mikroavtobus evakuatorla toqquşub.

“Report”un Şirvan muxbirinin xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunun 39 km-də İsmayıllının Talıstan kəndi ərazisində qeydə alınıb.

Qəbələdən Bakı istiqamətinə hərəkət edən sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Tovuz rayon sakininə məxsus “Mitsubishi” markalı evakuatorla toqquşub.

Nəticədə iki nəfər aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Evakuatorun sərnişini, 1982-ci il təvəllüdlü Fuad Şəmil oğlu Musayev və mikroavtobusdakı sərnişinlər - Qəbələ sakini 10 yaşlı Həqiqət Vəfadar qızı Paşayeva, 14 yaşlı Nuhalə Məsud qızı İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda xəstələrin vəziyyətləri orta-ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi