​Qəbələdə yaşayış evində yanğın baş verib

​Qəbələdə yaşayış evində yanğın baş verib Nəticədə yaxınlıqdakı ev də yanıb
Hadisə
1 Fevral , 2015 06:53
​Qəbələdə yaşayış evində yanğın baş verib

Bakı. 1 fevral. REPORT.AZ/ Qəbələnin Bum qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı ev yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaxınlıqda yerləşən tikintisi başa çatmamış birmərtəbəli evin dam örtüyü də zərər çəkib.

Evin qalan hissəsi və yaxınlıqdakı yarımçıq tikili yanğından mühafizə olunub. Yanğın gecə saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi