​Qəbələdə avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb

​Qəbələdə avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
Hadisə
24 Sentyabr , 2015 13:03
​Qəbələdə avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Oğuz rayon sakini Rüfət Babayevin idarə etdiyi “Hyundai” markalı avtobus və Siyəzən rayon sakini Ceyhun Həmidovun idarə etdiyi “UAZ” markalı avtomobil toqquşub. Nəticədə C.Həmidovun sərnişinlərindən Qəbələ rayon sakini Elmir Maqsudov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə R.Babayev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi