Qazaxıstanda axtarışda olan şəxs Azərbaycanda tutulub

Qazaxıstanda axtarışda olan şəxs Azərbaycanda tutulub Onun Qazaxıstana ekstradisiya olunması istiqamətində tədbirlər görülür
Hadisə
11 Noyabr , 2015 11:59
Qazaxıstanda axtarışda olan şəxs Azərbaycanda tutulub

Bakı. 11 noyabr. REPORT.AZ/ Qazaxıstanda axtarışda olan şəxs Azərbaycanda tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi (dövlət sərhədindən külli miqdarda iqtisadi qaçaqmalçılıq) ilə axtarışda olan 1983-cü il təvəllüdlü İbrahim Abdullayev tutulub.

Hazırda onun Qazaxıstana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi