Bakı. 30 mart. REPORT.AZ/ Qazaxıstan sərhədçiləri Azərbaycanın 4 vətəndaşını saxlayıb.
"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Xəbərə görə, Azərbaycan vətəndaşları Xəzərin Qazaxıstana aid hissəsində nərə balığının qanunsuz ovu ilə məşğul olmaqda şübhəli bilinirlər. Onlardan çoxlu sayda nərəkimilərə aid balıq müsadirə edilib. Brokonyerlikdə şübhəli bilinən azərbaycanlıları saxlayan zaman sərhədçilər odlu silahdan atəş açıblar.
"Havaya iki dəfə xəbərdarlıq atəşi açılıb. Brokonyerlər təslim olub. Atəş nəticəsində xəsarət alan olmayıb. Qayıqdan 240 ədəd nərəkimilərə aid balıq aşkarlanıb. Ümumilikdə 946 kq-a yaxın balıq və başqa əşyalar müsadirə edilib", - məlumatda bildirilib.