Qazaxda yol qəzası baş verib, 2 nəfər ölüb - FOTO

Qazaxda yol qəzası baş verib, 2 nəfər ölüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Sentyabr , 2016 11:27
Qazaxda yol qəzası baş verib, 2 nəfər ölüb - FOTO

Qazax. 10 sentyabr. REPORT.AZ/ Qazax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Canallı kəndində qeydə alınıb. 

Qazax şəhər sakini Amil Əhmədov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə sürücü A.Əhmədov və onun sərnişini Xəyalə Abbasova hadisə yerində ölüblər. 

Faktla bağlı Qazax Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi