Qazaxda ağır qəza: 2 yaralı - FOTO

Qazaxda ağır qəza: 2 yaralı - FOTO Hadisə Ağstafaçayın üzərindəki körpüdə baş verib
Hadisə
6 Mart , 2016 23:16
Qazaxda ağır qəza: 2 yaralı - FOTO

Bakı. 6 mart. REPORT.AZ/ Qazax rayonunda sərnişin avtobusu "Mercedes" markalı minik maşını ilə toqquşub. "Report"un məlumatına görə, hadisə rayon ərazisində Ağstafaçayın üzərindəki körpüdə baş verib.

"Qırmızı Körpü" istiqamətində hərəkət edən avtobusda ona yaxın sərnişin olub, xəsarət alan yoxdur.

Toqquşma nəticəsində "Mercedes"də olan iki nəfər ağır xəsarət alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi