Qazaxda ahıl ər və arvad qətlə yetirilib

Qazaxda ahıl ər və arvad qətlə yetirilib Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Mart , 2016 10:26
Qazaxda ahıl ər və arvad qətlə yetirilib

Bakı. 14 mart. REPORT.AZ/ Qazax rayonunda ahıl ər və arvad evində öldürülüb. "Report" xəbər verir ki, hadisə dünən rayonun Cəfərli kəndində baş verib.

Belə ki, 1939-cu il təvəllüdlü Nəriman Osmanov və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Dünya Bakıxanovanın cəsədləri öz evlərindən tapılıb.

Qazax Diaqnostika Mərkəzindən "Report"a bildirilib ki, qadının cəsədi üzərində boyun nahiyəsinin deşilmiş kəsilmiş xəsarətləri, kişinin çənə hissəsində qırıqlar aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi