​Qazaxda 26 yaşlı gənc itkin düşüb - FOTO

​Qazaxda 26 yaşlı gənc itkin düşüb - FOTO O, işləmək üçün Bakıya gedib və geri qayıtmayıb
Hadisə
9 İyun , 2016 04:00
​Qazaxda 26 yaşlı gənc itkin düşüb - FOTO

Bakı. 9 iyun. REPORT.AZ/ Qazaxın Daş Salahlı kənd sakini itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 26 yaşlı Amil Nəsibov bu ilin fevral ayında işləmək məqsədi ilə Bakıya gəlib.

Bir müddət paytaxda qalan gənc sonuncu dəfə martın 23-də gizli nömrədən atası Rəsul Nəsibova zəng edib. O atasına bildirib ki, "ya sabah, ya da birisi gün gələcəyəm rayona, gedərik Türkiyəyə işləməyə".

Bu, onun təqribən 3 ay öncə söylədiyi son sözlər olub. O tarixdən bu günə qədər Amil valideynləri ilə əlaqə saxlamayıb. Nigaran qalan ata-ana Qazax rayon Polis şöbəsinə müraciət edib.

Hazırda Amil Nəsibovun axtarışları davam edir. Ailə üzvləri övladlarını görənlərdən 055-443-30-84 nömrəli telefona məlumat verilməsini xahiş edirlər.

Son xəbərlər

Orphus sistemi