Qazax. 23 sentyabr. REPORT.AZ/ Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb.
Belə ki, Qazax rayonunun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi, 2000-ci təvəllüdlü Taleh Bayram oğlu Abdullayev kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı Nadir adlı yeniyetmə kəsərək pul tələb edib. Ancaq T.Abdullayev onun bu tələbini rədd edib. Nəticədə Nadir onun qarnının üst nahiyəsinə bir bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Yaralı yaxınlıqdakıların köməyi ilə avtomobillə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölən yeniyetmə evin tək oğlu olub.
Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.