Qayını və həyat yoldaşının babası tərəfindən döyülən şəxs dünyasını dəyişib

Qayını və həyat yoldaşının babası tərəfindən döyülən şəxs dünyasını dəyişib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 Aprel , 2015 14:11
Qayını və həyat yoldaşının babası tərəfindən döyülən şəxs dünyasını dəyişib

Bakı. 28 aprel. REPORT.AZ/ Zərdab rayonunda qayını və həyat yoldaşının babası tərəfindən döyülən şəxs 14 gündən sonra dünyasını dəyişib. Zərdab rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, döyülmə hadisəsi aprelin 14-də rayonun Mərkəzi Xəstəxanasında baş verib. 

Prokurorluqdan bildirilib ki, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Eminov Elnur Tahir oğlu, 2014-cü ilin sentyabrında Allahverdiyeva Günay Novruz qızı ilə ailə qurub. Lakin aralarında yaranan münaqişəyə görə 4 aydan sonra ayrılıblar: "Onlar boşandıqdan sonra da aralarındakı münaqişə davam edib. Aprelin 14-də Elnur Eminov Zərdab rayonu Mərkəzi Xəstəxanasında Günay Allahverdiyevanın babası Şiralı Məmmədov və qızın qardaşı Elvin Allahverdiyevlə rastlaşıb. Onlar arasında mübahisə yaranıb və mübahisə dava ilə nəticələnib. Günayın babası Şiralı Məmmədov və qızın qardaşı birləşərək Elnur Eminovu döyüblər, başını divara vurublar, ona ciddi bədən xəsarəti yetiriblər. Elnur aldığı xəsarətlərə görə əvvəlcə Mingəçevrdə, sonra isə Bakıda xəstəxanada müalicə olunub".  

Prokurorluqdan verilən məlumata görə, hadisədən bir həftə sonra  Elnur və anası Eminova Yavər Vahid qızı Zərdab rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində qeyd ediblər ki, Günay Allahverdiyevanın babası Şiralı Məmmədov və qızın qardaşı Elvin Allahverdiyev Elnuru döyüblər.  

Elnur Eminov aprelin 28-də yaşadığı evdə dünyasını dəyişib. Ekspertizanın ilkin rəyinə əsasən, Elnur Eminov insult nəticəsində vəfat edib. 

Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi