Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib Sürücü idarəetməni itirib və avtomobili aşırıb
Hadisə
5 Avqust , 2016 11:36
Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 5 avqust. REPORT.AZ/ Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" verir ki, hadisə avqustun 4-də rayonun Ləkit kəndi ərazisində baş verib. Qax rayon sakini Mahmud Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. 
Nəticədə sürücü M.Mahmudov hadisə yerində ölüb. 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi