Qaxda qəza nəticəsində ölənlərdən biri məktəb direktorudur - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda qəza nəticəsində ölənlərdən biri məktəb direktorudur - FOTO - VİDEO - YENİLƏNİB Hadisə nəticəsində daha 1 nəfər ölüb və 1 nəfər yaralanıb
Hadisə
16 May , 2016 23:32
Qaxda qəza nəticəsində ölənlərdən biri məktəb direktorudur - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 16 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də baş verən yol qəzasının təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, qəza nəticəsində ölən 2 nəfərdən biri 1927-ci il təvəllüdlü Səlihəd Rüstəm qızı Muradova və qızı 1959-cu il təvəllüdlü Xanpəri Murad qızı Muradova olub.

Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.

***22:38

Qax-Şəki yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

"Report" xəbər verir ki, hadisə zamanı "Niva" markalı avtomobilin xəsarət alan digər qadın sərnişini də vəfat edib.

Hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.

***22:18

Axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Qax istiqamətində hərəkət edən "Niva" markalı minik avtomobili yol kənarında dayanmış “Belarus" markalı traktor arxa sol təkərinə çırpılıb.

Nəticədə "Niva"da olan bir qadın sərnişin dünyasını dəyişib. Sürücü və digər bir sərnişin isə yaralanıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi