Qaxda mənzildən yaşlı qadın meyiti tapılıb

Qaxda mənzildən yaşlı qadın meyiti tapılıb Pəri Nağıyevanın 3-4 gün əvvəl öldüyü təxmin edilir
Hadisə
21 Avqust , 2016 13:18
Qaxda mənzildən yaşlı qadın meyiti tapılıb

Qax. 21 avqust. REPORT.AZ/ Qax rayonunda mənzildən yaşlı qadın meyiti tapılıb.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, Qax şəhəri, Heydər Əliyev prospekti, ev 4, mənzil 5-də yaşayın 1939-cü il təvəllüdlü Pəri Yusif qızı Nağıyeva mənzilində huşsuz vəziyyətdə aşkar edilib.

Hadisə şahidlərinin sözlərinə görə, qonşular sözügedən mənzildən dəhşətli qoxu hiss ediblər və bu səbəbdən adiyyəti orqanlara məlumat veriblər. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin ilkin müayinəsi nəticəsində qadının təqribən 3-4 gün əvvəl öldüyü müəyyən edilib.

Mərhumun mənzildə tək yaşadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi