​Qaxda lay şüşə qırılaraq 4 yaşlı uşağın üzərinə düşüb

​Qaxda lay şüşə qırılaraq 4 yaşlı uşağın üzərinə düşüb Xəstənin vəziyyəti orta-ağırdır
Hadisə
12 Avqust , 2015 23:03
​Qaxda lay şüşə qırılaraq 4 yaşlı uşağın üzərinə düşüb

Bakı. 12 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Qax şəhərində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, şəhərin Vaqif Eyvazov küçəsi, bina 22, ev 6 ünvanında yaşayan 2011-ci il təvəllüdlü Camallı Nurlan Məftun oğlu evdə bacısı ilə oynayarkən otaq qapılarından birinin şüşəsi qırılaraq onun üzərinə düşüb.

Uşaq hadisə nəticəsində sol qolunun bilək və dirsək nahiyələrindən xəsarət alıb. Zərərçəkən dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sol qolun çoxsaylı kəsilmiş-cızılmış yaraları diaqnozu qoyulub.

Hazırda xəstənin vəziyyəti orta-ağırdır və o, Cərrahiyə şöbəsində müalicəsini davam etdirir.

Son xəbərlər

Orphus sistemi