Qaxda çaya düşən körpənin meyiti tapılıb - YENİLƏNİB - FOTO

Qaxda çaya düşən körpənin meyiti tapılıb - YENİLƏNİB - FOTO Bir yaşlı körpənin meyiti yaşadığı evdən bir az aralıda lilin altından çıxarılıb
Hadisə
5 Noyabr , 2015 13:43
Qaxda çaya düşən körpənin meyiti tapılıb - YENİLƏNİB - FOTO

Bakı. 5 noyabr. REPORT.AZ/ Qax rayonunda çaya düşən körpənin meyiti tapılıb. "Report" xəbər verir ki, meyiti kənd camaatı tapıb. 

Mərhumun cəsədi yaşadığı evdən bir az aralıda lilin altından çıxarılıb.

*** 11:53

Qax rayonunda bir yaşlı körpə çaya düşüb. "Report" xəbər verir ki, hadisə rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini 2014-cü il təvəllüdlü Ayişə Natiq qızı Əsgərova  həyətlərinin yanından keçən Axmaz çayına düşüb. Dünən axşam saatlarında çaya düşən körpənin axtarışlarını Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin xüsusi riskli xilasediciləri aparır. İndiyə qədər körpənin axtarışları davam edir, amma hələ də bir nəticə üzə çıxmayıb.

Hadisə baş verən vaxt uşaq nənəsinin yanında olub və ehtiyatsızlıq nəticəsində çaya düşüb.
Qeyd edək ki, Axmaz çayı Əyriçaya axdığından axtarışlar çətinləşib.

Son xəbərlər

Orphus sistemi