Qaxda at qadına xəsarət yetirib

Qaxda at qadına xəsarət yetirib Hadisə Tanqıt kəndində baş verib
Hadisə
17 Oktyabr , 2016 10:44
Qaxda at qadına xəsarət yetirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qax rayonunda at qadın sahibinə ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə rayonun Tanqıt kəndində qeydə alınıb.

At 35 yaşlı Tünzalə Hümbətovaya ağır xəsarət yetirib.

Məlumata görə, Laçın rayon sakini T.Hümbətova oğlu ilə birlikdə örüşdən özlərinə məxsus ata tez hərəkət etsin deyə arxadan çubuqla vurub. Bu zaman at T.Hümbətovaya başından təpiklə vurub.

Qadın başından aldığı xəsarətdən huşunu itirib. O, Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Son xəbərlər

Orphus sistemi