Qaxda ailəvi istirahət mərkəzlərindən birində yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda ailəvi istirahət mərkəzlərindən birində yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB Yanğın Qax Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb
Hadisə
14 Yanvar , 2016 16:48
Qaxda ailəvi istirahət mərkəzlərindən birində yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 14 yanvar. REPORT.AZ/ Qax rayonunun İlisu kəndi ərazisində yerləşən Mətləb Hüseyn oğlu Bayramova məxsus "Eden" ailəvi istirahət mərkəzində baş verən yanğının səbəbi məlum olub. 

"Report" xəbər verir ki, yanğına elektrik naqillərinin qısaqapanması səbəb olub. Nəticədə istirahət mərkəzinin nəzdində fəaliyyət göstərən 225 kvadratmetrlik Qonaqlar evinin çardağının 16 kvadratmetrlik hissəsi yanıb. İstirahət mərkəzi mövsümi fəaliyyət göstərdiyindən, oteldə istirahət edən və xəsarət alan olmayıb. Yanğın Qax Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb, yanğının ərazidə yerləşən digər yaşayış evlərinə və obyektlərə keçməsinin qarşısı alınıb.

***15:27

Qax rayonunda istirahət mərkəzində yanğın başlayıb. "Report"un məlumatına görə, hadisə rayonun İlisu kəndi ərazisində yerləşən "Eden" ailəvi istirahət mərkəzində baş verib. 

Qax Yanğından Mühafizə Xidmətindən (YMX) "Report"a bildirilib ki, istirahət mərkəzində yanğın başlayıb və yanğınsöndürən maşınlar hadisə yerinə cəlb olunub: "Hazırda Qax YMX-nın canlı qüvvəsi və yanğınsöndürən maşınları yanğının qarşısını almağa çalışır".

Son xəbərlər

Orphus sistemi