Qaxda 3 250 kq narkotik bitki yandırılaraq məhv edilib

Qaxda 3 250 kq narkotik bitki yandırılaraq məhv edilib "Xaşxaş-2015" adı altında əməliyyat tədbiri keçirilib
Hadisə
30 İyul , 2015 14:55
Qaxda 3 250 kq narkotik bitki yandırılaraq məhv edilib

Bakı. 30 iyul. REPORT.AZ/ Qax rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2015" şərti adı altında əməliyyat tədbiri keçirib. "Report"un məlumatına görə, əməliyyat tədbiri nəticəsində 7 244 sayda 3 250 kq yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq yandırma yolu ilə məhv olunub.

"Narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək", - polis şöbəsindən bildirilib.

Son xəbərlər

Orphus sistemi