Qaxda 22 yaşlı gənc itkin düşüb - FOTO

Qaxda 22 yaşlı gənc itkin düşüb - FOTO Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur
Hadisə
13 Fevral , 2016 17:41
Qaxda 22 yaşlı gənc itkin düşüb - FOTO

Bakı. 13 fevral. REPORT.AZ/ Qax rayon sakini itkin düşüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Rayonun Cəlayir kənd sakini Arzu Əsgərova Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, oğlu, 24.03.1994-cü il təvəllüdlü, ruhi xəstə olan Yəhyayev Nuzaməddin Oğulbəy oğlu işləmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 156 santimetr, qara saçlı, arıq bədən quruluşlu, danışığı qüsurludur.

Nuzaməddin Yəhyayevi görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (02425) 5-23-52 nömrəli şəhər, (050) 379-19-29 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi