​Qaxda 17 yaşlı yerli sakini ilan sancıb

​Qaxda 17 yaşlı yerli sakini ilan sancıb Onun vəziyyəti ağır qiymətləndirilir
Hadisə
30 May , 2015 23:22
​Qaxda 17 yaşlı yerli sakini ilan sancıb

Bakı. 30 may. REPORT.AZ/ Qaxda ilansancma hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun İlisu kənd sakini, 1998-ci il təvəllüdlü Toğrul Cəfər oğlu Vahabzadə Ağyazı kəndi ərazisində ot yığarkən ayağının daban hissəsindən ilan sancıb.

Zərərçəkmiş dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəhər əleyhinə zərdab vurulub.

Lakin, 17 yaşlı yerli sakinin vəziyyəti ağır olduğundan, o, 1 Saylı Kliniki Xəstəxanın Toksikologiya şöbəsinə yerləşdirilmək üçün Bakıya göndərilib.

Son xəbərlər

Orphus sistemi