Qaxda 16 yaşlı yeniyetmə qarpızdan zəhərlənib

Qaxda 16 yaşlı yeniyetmə qarpızdan zəhərlənib Rayonun Fısdıqlı kənd sakini, 1999-cu il təvəllüdlü Zöhrə Vaqif qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub
Hadisə
11 İyul , 2015 10:19
Qaxda 16 yaşlı yeniyetmə qarpızdan zəhərlənib

Bakı. 11 iyul. REPORT.AZ/ Qaxda 16 yaşlı yeniyetmə qarpızdan zəhərlənib.

"Report"un məlumatına görə, rayonun Fısdıqlı kənd sakini,1999-cu il təvəllüdlü Zöhrə Vaqif qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsindən sonra məlum olub ki,16 yaşlı Zöhrə Məmmədova qarpızdan zəhərlənib. 

O, yaşadığı evdə qarpız yedikdən sonra özünü pis hiss edib və zəhərlənmə əlamətləri özünü büruzə verib. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə yerləşdirilən Z.Məmmədovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə qonşu Zaqatala rayonunda da bir ailənin 6 üzvü qarpızdan zəhərlənmişdi.

Son xəbərlər

Orphus sistemi