Qax sakinini ilan sancıb

Qax sakinini ilan sancıb Hazırda xəstənin vəziyyəti orta ağırdır
Hadisə
29 İyun , 2015 15:04
Qax sakinini ilan sancıb

Bakı. 29 iyun. REPORT.AZ/ Qax sakinini ilan sancıb. "Report"un xəbərinə görə, rayonun Küdüllü kənd sakini 1992-ci il təvəllüdlü Hümbətov Fuad Tahir oğlu yaşadığı evin həyətində işləyərkən ilan onun sağ ayağından sancıb.

Zərərçəkmiş dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, son iki ay ərzində Qax rayonunda 7 ilansancma hadisəsi qeydə alınıb. Zərərçəkənlərdən bir nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi