Bakı. 20 iyul. REPORT.AZ/ Şamaxıda avtomobil yoldan çıxaraq dəmir məhəccərə çırpılıb. "Report" xəbər verir ki, Bakı-Şamaxı-Yevl
Belə ki, "VAZ 21014" markalı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb və sürücü idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza nəticəsində avtomobilin arxa qapısı açılıb və sərnişin, Oğuz rayon sakini 26 yaşlı Şahmar Sadəddinov yolun hərəkət hissəsinə düşərək hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.