Qardaşını öldürüb basdıran qız məhkəmədə cinayətini etiraf edib

Qardaşını öldürüb basdıran qız məhkəmədə cinayətini etiraf edib Məhkəmədə ifadələr elan olunub
Hadisə
11 Fevral , 2016 13:21
Qardaşını öldürüb basdıran qız məhkəmədə cinayətini etiraf edib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan olunub.

M.N. ifadəsi elan olunandan sonra qardaşı N.N.-i (şərti) öldürdüyünü etiraf edib.

M.N. ötən prosesdə ilkin istintaq zamanı verdiyi ifadədən imtina edib, qardaşını öldürməklə bağlı ifadəni təzyiq altında verdiyini bildirib. O, cinayəti qonşusunun törətdiyini deyib. Həmin şəxs isə ruhi xəstədir.

Məhkəmənin növbəti prosesi fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.

İttiham aktına əsasən, M.N. qardaşı N.N.-i (şərti) qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi