Qardaşını öldürən 18 yaşlı qızın məhkəməsi başlayıb

Qardaşını öldürən 18 yaşlı qızın məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 16-na təyin edilib
Hadisə
9 Dekabr , 2015 11:25
Qardaşını öldürən 18 yaşlı qızın məhkəməsi başlayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən  Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.

İttiham aktına əsasən, M.N. qardaşı N.N.-i (şərti) qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi