Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahid Daşqın Zeynalov ifadə verib.
Təcridxana işçisi D.Zeynalov dindirilən zaman bildirib ki, N.Ağayevin qardaşı Adəm Ağayev gətirdiyi çantanın içərisindəki narkotikdən xəbərsiz olub: "Nazim qardaşı Adəm Ağayevə bacısıgildən əl çantasını təcridxanaya gətirməsini istəyib. Biz məhkumun qardaşı ilə görüşündən əvvəl çantanın içərisini yoxladıq. Yoxlama zamanı çantadan 2 qram narkotik maddə aşkarlandı. Lakin Adəm bu narkotikdən xəbərsiz olduğunu bildirdi".
N.Ağayev də ifadə verərkən qardaşına narkotikin çantada olduğunu əvvəlcədən demədiyini təsdiqləyib: "Qardaşımın mənə gətirdiyi narkotik maddədən xəbəri olmayıb".
Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, N.Ağayev Cinayət Məcəlləsinin 234 və 317-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə ittiham olunur.
Bu ilin mart ayında N.Ağayev qardaşı Adəm Ağayevdən təcridxanaya əl çantasının gətirilməsini istəyib. Yoxlama zamanı çantanın içərisindən 2 qram narkotik maddə tapılaraq götürülüb.