Qaraçuxurda bıçaqlanma olub

Qaraçuxurda bıçaqlanma olub Cinayəti törədən şəxs tutularaq istintaqa təqdim olunub
Hadisə
25 Sentyabr , 2014 17:24
Qaraçuxurda bıçaqlanma olub
Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) "Report"a daxil olan məlumata görə, hadisə sentyabrın 25-nə keçən gecə Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə sakini Şahmurad Səmədov münaqişə zəminində həmyerlisi Polad Xasıyevə bıçaqla xəsarət yetirib.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Səmədov tutularaq istintaqa təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi