Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Sürücü və bir sərnişin isə ağır yaralanıb
Hadisə
2 Sentyabr , 2014 14:44
Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı. 2 sentyabr.REPORT.AZ/ Qaradağ rayonunun Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Report-a verilən məlumata görə Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi “VAZ-21099” və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi “Zil MMZ” markalı avtomobilləri toqquşub. Nəticədə Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində dünyasını dəyişib, sürücü özü və digər sərnişin Çiçək Qurbanova xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanılıb araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi