Qaradağda atasının qatilini öldürən oğlan həbs edilib

Qaradağda atasının qatilini öldürən oğlan həbs edilib O saxlanılaraq istintaqa təqdim olunub
Hadisə
8 Sentyabr , 2014 15:15
Qaradağda atasının qatilini öldürən oğlan həbs edilib

Bakı. 8 sentyabr.REPORT.AZ/  Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini Şaban Nəbiyevi güllələyərək qətlə yetirən İlqar Quliyev artıq həbs edilib. Bu barədə Report-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Qaradağ Rayon Polis İdarəsi (RPİ) və 38-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İ.Quliyev saxlanılaraq istintaqa təqdim olunub.

Qeyd edək ki, İ.Quliyev mərhum Şaban Nəbiyevin 2007-ci il yanvar ayının 9-da qətlə yetirdiyi Ələsgər Quliyevin oğludur. İ.Quliyev atasının qisasını almaq məqsədi ilə sentyabrın 3-dən 4-nə keçən gecə Ş.Nəbiyevi qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi