Qaradağda yük maşını ilə teplovoz toqquşub

Qaradağda yük maşını ilə teplovoz toqquşub Görülən tədbirlər nəticəsində hərəkət bərpa edilib
Hadisə
22 Dekabr , 2014 15:28
Qaradağda yük maşını ilə teplovoz toqquşub

Bakı. 22 dekabr. REPORT.AZ/ Qaradağ rayonunun Puta qəsəbəsində yük maşını ilə teplovoz toqquşub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə ərazisində qorunan keçiddə Füzuli rayon sakini Yavər Əliyev idarə etdiyi “Shacman” markalı avtomobili teplovoza vurub. Y.Əliyev və bir sərnişin xəstəxanaya yerləşdirilib. Görülən tədbirlər nəticəsində hərəkət bərpa edilib.

Son xəbərlər

Orphus sistemi